SOCAR “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla növbəti görüşü Binəqədi rayonunda təşkil olunacaq.
Bu barədə Teleqraf.com-a İstehsalat Birliyindən məlumat verilib.
"Azəriqaz" İB-nin rəhbər şəxsləri Binəqədi rayonu, M.Ə Rəsulzadə qəsəbəsi, Arif Hüseynov küçəsi 8 (Ramiz Aboyev Parkı) ünvanında baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar.
“Səyyar qəbul otağı” mayın 12-də saat 11:00-dan 12:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.