11 May 2022 15:03
511
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Ukrayna üzərindən Avropaya göndərdiyi təbii qazın həcmi bu gün dünənlə müqayisədə 25 faiz azalıb.

Teleqraf.com xəbər verir ki, bunu Rusiyanın “Qazprom” enerji şirkətinin nümayəndəsi Sergey Kupriyanov açıqlayıb.

O, hazırda Ukrayna üzərindən göndərilən təbii qaza tələbatda ciddi azalmanın olduğunu qeyd edib: “Qazprom” mayın 11-də Ukrayna üzərindən 72 milyon kubmetr təbii qaz tədarük edəcək. “Qazprom”un ötən gün Ukrayna ərazisindən qaz nəqli 95,8 milyon kubmetr olub.

Ukraynanın şərqindəki Donbas bölgəsində yerləşən “Sohranovka” adlı təbii qaz paylama məntəqəsindən Rusiya qazının alışını dayandıracaqları ilə bağlı məlumat almışıq. Rusiya Avropaya göndərdiyi qazın 30 faizini gündə təqribən 30 milyon kubmetr təbii qaz nəqletmə qabiliyyətinə malik “Sohranovka” vasitəsilə nəql edirdi”.


Müəllif: Yeganə Oqtayqızı