27 Noyabr 2014 17:36
854
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda, Xocasən qəsəbəsi ərazisində yerləşən 40-cı polis bölməsinin zabitinin qətlə yetirilməsilə bağlı yayılmış informasiya həqiqəti əks etdirmir.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Qalib Arif, Binəqədi Rayon Prokuorluğu, eləcə də Binəqədi Rayon Polis İdarəsi və 40-cı polis bölməsindən Publika.az-a verilən məlumatda sözügedən informasiya birmənalı olaraq təkzib olunur.

“Binəqədi Rayon Polis İdarəsinin heç bir əməkdaşı qətlə yetirilməyib. Bununla əlaqədar yayılan xəbər yalandır” deyə qeyd olunur.


****

Bu dəqiqələrdə aldığımız məlumata görə, Bakının Binəqədi rayonunda, Xocasən qəsəbəsi ərazisində polis zabiti bıçaqlanaraq qətlə yetirilib.

Məlumatı virtualaz.org saytına həmin qəsəbədə yaşayan və hadisənin şahidi olan sakinlərdən biri verib. Hazırda cinayətin baş verdiyi ərazi polis mühasirəsindədir, polis zabitinin kim tərəfindən və hansı səbəblərdən bıçaqlandığı məlum deyil. Şahidlərin bildirdiyinə görə, qətlə yetirilən şəxs bölmə rəisidir, onun 40-cı polis bölməsinin rəisi olduğu bildirilir.

Virtualaz.org saytı məlumatı dəqiqləşdirmək üçün Binəqədi Rayon Polis İdarəsi, rayon prokurorluğu ilə telefon əlaqəsi saxlayıb. Lakin zənglərimizə cavab verən əməkdaşlar onlarda belə məlumatın olmadığını, DİN-in mətbuat xidmətinə müraciət etməyimizin lazım olduğunu bildirdilər.

DİN-in mətbuat xidmətinin rəisinin müavini Ehsan Zahidov əvvəlcə onlarda belə məlumatın olmadığını, araşdıracaqlarını dedi. Daha sonra E.Zahidov bildirdi ki, 40-ci polis bölməsinin rəisinin bıçaqlandığı haqda deyilənlər yalandır.

Bununla belə bıçaqlanan şəxsin kimliyini hələlik DİN-lə dəqiqləşdirmək mümkün olmayıb.

Xocasən sakinlərindən aldığımız məlumatda isə deyilir ki, polis zabiti ilə bir qrup sakin arasında münaqişə yaranıb və sakinlərdən biri onu bıçaqlayıb. Təfərrüatları dəqiqləşdiririk.


Müəllif: