27 Noyabr 2014 23:41
1 282
12 Punto 14 Punto 16 Punto 18 Punto

OPEK-in bu gün neft hasilatının həcmini əvvəlki səviyyədə saxlanılmasına dair verdiyi qərarı fonunda Moskva Birjasında ABŞ dolları və avro tarixi maksimum həddinə yaxınlaşıb.

Teleqraf.com-un “RİA Novosti”-yə istinadən verdiyi məlumata görə, bu gün Bakı vaxtı ilə 19.44-də Moskva Birjasında 1 ABŞ dolları 63 qəpik bahalaşaraq 48,02 rubla bərabər olub. 1 avro isə 72 qəpik bahalaşaraq 60 rubla dəyişdirilib.

Qeyd edək ki, dollar və avro sonuncu dəfə bu ilin noyabrın 7-də tarixi maksimum həddə qalxaraq müvafiq olaraq 48,65 və 60,27 rubla bərabər olub.


Müəllif:

Oxşar xəbərlər