26 May 2022 15:51
760
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə hakimiyyəti Ukraynadan taxıl ixracı üçün Türkiyə üzərindən dəhliz açmaq üçün Moskva və Kiyevlə danışıqlar aparır.

Teleqraf.com xəbər verir ki, “Reuters” bu barədə Türkiyənin yüksək rütbəli rəsmisinə istinadla məlumat yayıb.

Mənbənin sözlərinə görə, Türkiyə həm Rusiya, həm də Kiyevlə Ukraynadan taxıl ixracı ilə bağlı danışıqlar aparır: “Danışıqlar hələ də davam edir. Rusiya işğalından sonra bağlanmış Ukrayna limanlarında 20 milyon tondan çox taxıl qalıb. Çin hakimiyyəti də ən qısa müddətdə “yaşıl dəhliz” yaradaraq, Ukrayna taxılını maneəsiz ixrac etməyə çağırıb”.

Məlumata görə, ABŞ və Avropa Ukraynadan taxıl ixrac etmək planları üzərində işləyir. Kanada da bu prosesdə kömək etməyə hazırdır.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər