27 May 2022 21:56
1 016
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varankla görüşüb.

Teleqraf.com xəbər verir ki, nazir bu barədə"Twitter" hesabında yazıb.

O bildirib ki, görüşdə ikitərəfli iqtisadi əlaqələrin inkişafında rolu, kiçik və orta sahibkarlıq, sənaye, eləcə də standartlaşdırma və metrologiya sahələrində tərəfdaşlığın gücləndirilməsi üçün müştərək qurumların yaradılması barədə danışdıqlar aparılıb.

Görüş çərçivəsində tərəflər arasında iqtisadi tərəfdaşlığın möhkəmlənməsi istiqamətində Anlaşma Memorandumu imzalanıb.


Müəllif: Teleqraf.com