30 May 2022 18:31
774
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ və Avropa İttifaqı (Aİ) tərəfindən beynəlxalq ehtiyatları dondurulan Rusiyanın Maliyyə Nazirliyi avrobond istiqraz sahiblərinin ödənişlərini almaları üçün valyuta və rubl hesabı açmalı olduğunu bəyan edib.

Teleqraf.com xəbər verir ki, bunu Rusiyanın maliyyə naziri Anton Silyanov deyib.

Nazir bildirib ki, yeni sistemlə Qərbin ödəniş infrastrukturundan yan keçiləcək: “Rusiya xarici borcların ödənilməsi üçün qazın rublla ödənilməsinə bənzər bir mexanizm yaratmağı planlaşdırır”.

Qeyd edək ki, Anton Silyanov əvvəllər də Moskva hökumətinin xarici borc ödənişlərini rublla edəcəyini bəyan etmişdi.

Ötən həftə ABŞ Rusiyaya ABŞ istiqraz sahiblərinə ödəniş imkanı verən istisna müddətinin uzatmayacağını açıqladı. İstisna müddətinin başa çatmasına baxmayaraq, Rusiyanın defolt astanasında olması ödənişi etməsinə mane olub.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər