28 Noyabr 2014 17:04
820
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Neft Şirkətindən AzərTAc-a verilən məlumata görə, “AzəriLayt” markalı neftin bir barreli London birjasında 6,84 dollar ucuzlaşaraq 73,36 dollara düşüb.

Nyu-York birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 4,82 dollar düşərək 68,87 dollar, London birjasında isə “Brent” markalı neftin bir barrelinin qiyməti 5,32 dollar azalaraq 72,43 dollar olub.

Neft İxrac Edən Ölkələr Birliyi (OPEK) noyabrın 27-də sutkalıq neft hasilatı kvotasının saxlanılması barədə qərar qəbul edəndən sonra sürətlə ucuzlaşan neftin qiyməti nisbətən qalxıb. Noyabrın 28-i səhər “Brent” markalı neftin 1 barreli 71 dollar ətrafında idisə, hazırda qiymət 73 dollar ətrafında cərəyan edir.


Müəllif:

Oxşar xəbərlər