30 Noyabr 2014 20:33
1 035
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycandan olan yəhudi milyarderlər Moskvada “Lotos Siti” ticarət kompleksini alıblar.

Axar.az xəbər verir ki, bu barədə “İnterfaks” agentliyi özünün etibarlı mənbələrinə istinadən məlumat yayıb.

Agentlik hazırda müqavilənin bağlı olduğunu bildirib. Qod Nisanovun Mətbuat Xidməti faktı təsdqiləsə də, şərtlərini açmaqdan imtina edib.

Qeyd edək ki, “Lotos Siti” kompleksinin ümumi ərazisi 1,5 milyon kvadrat metr ərazini əhatə edir. Bu ərazinin 400 min kvadrat metrini parkinq təşkil edir. Ticarət mərkəzində həmçinin 20 min ticarət obyekti yerləşdirilib.

Onu da xatırladaq ki, Qod Nisanov və Zarax İliyev əslən Azərbaycanın Qırmızı Qəsəbəsindəndirlər. Dağ yəhudilərindən olan biznesmenlər “Yevropesyski” Ticarət Mərkəzi, “Ukraina” mehmanxanası, “Kiyevski Ploşad” şirkətinin sahibidirlər.


Müəllif:

Oxşar xəbərlər