20 İyun 2022 20:44
946
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sanksiyalara məruz qalan Rusiyanın “VTB Bank”ı Gürcüstan bazarını tərk edir.

Teleqraf.com xəbər verir ki, bu barədə "VTB Bank"ın rəhbəri Andrey Kostin məlumat verib.

O bildirib ki, bank təkcə Gürcüstanı tərk edəcək:

“VTB Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Çin və Hindistanda qalmaqda davam edir. Bizim mövqeyimiz prinsipialdır, biz hər yerdə qalırıq. Bu ölkələrdə biznesimizin inkişafı üçün perspektivlər görürük. Biz yalnız Gürcüstandan gedirik, bu ölkədə vəziyyət bir qədər başqadır”.


Müəllif: Teleqraf.com