22 İyun 2022 01:36
656
12 Punto 14 Punto 16 Punto 18 Punto

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən hərracda 1 obyekt və 11 nəqliyyat vasitəsi özəlləşdirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Əmlak Məsələləri Dövlət Xidməti məlumat yayıb.

Özəlləşdirilən obyekt Yevlax şəhərində yerləşən 14 saylı yeməkxanadır. Əmlakın ümumi faydalı sahəsi 95,2 kvadratmetrdir. Satılan nəqliyyat vasitələrinin əksəriyyəti Rusiya və Amerika istehsalı olan avtomobillərdir.

Hərracda özəlləşdirilən dövlət əmlaklarının siyahısı ilə buradan tanış olmaq mümkündür: ( https://bit.ly/3xK9aXp )

Qeyd edək ki, cari ay üzrə növbəti hərrac iyunun 28-də keçiriləcək. Hərraca 7 kiçik dövlət müəssisə və obyekti, 2 yarımçıq tikili və 30 nəqliyyat vasitəsi çıxarılacaq.


Müəllif: Teleqraf.com