23 İyun 2022 00:22
883
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın enerji resurslarına qoyulan məhdudiyyətlər dünya bazarında neftin qiymətini daha 40 faiz bahalaşdıra bilər.

Teleqraf.com xəbər verir ki, bunu “Psyche” elmi-texniki mərkəzinin xüsusi layihələr üzrə direktoru Gennadi Ryabtsev deyib.

O qeyd edib ki, Rusiyanın Ukraynaya müdaxiləsinə cavab olaraq ABŞ, Kanada və Avropa İttifaqı Rusiyadan karbohidrogen idxalına embarqo elan ediblər: “Beləliklə, 2023-cü il fevralın 5-dək Rusiyanın neft ixracının 43%-nə qadağa qoyulacaq. Bütövlükdə yalnız 2023-cü ildə qiymətləndirilə bilən bu məhdudiyyətlərin təsiri uzun və qeyri-müəyyən olacaq. Bununla yanaşı, dünya bazarında neftin qiymətində ciddi artım mümkündür”.

O hesab edir ki, digər tədarükçülər bu həcmləri kompensasiya edəcək və gözlənilən tələb artımını ödəyə biləcək: “Hasilatın artımına zəmanət vermədiklərindən “Brent” markalı neftin qiyməti 2022-ci ilin sonuna kimi 140-150 dollar/barelə qədər yüksələcək. Bu, idxalçı ölkələrdə neftin qiymətini 30-40 faiz artıracaq".

Ryabtsevin təhlili göstərir ki, neft embarqosundan Rusiyanın maliyyə itkiləri onun Ukraynadakı müharibəni maliyyələşdirmək imkanlarını əngəlləyəcək qədər əhəmiyyətli olmayacaq:

“Rusiyanın tətbiq etdiyi embarqodan itkiləri onun gəlirlərini azaltmaq iqtidarında deyil ki, Ukraynadakı müharibənin maliyyəsini dayandırsın və ya kəssin. Sadəcə, dünya neft istehlakının 3%-nin bazardan çıxarılması məhdudiyyətlər tətbiq edən ölkələrdə situasiyalı yanacaq çatışmazlığına səbəb ola bilər. Riskləri kompensasiya etmək və Rusiyanın təcavüzkar müharibə aparmaq üçün maliyyə imkanlarını tənqidi şəkildə məhdudlaşdırmaq üçün tərəfdaş ölkələr və Ukraynanın birgə səyləri lazımdır”.


Müəllif: Yeganə Oqtayqızı