23 İyun 2022 11:56
802
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin ilk beş ayında qeyri-neft məhsullarının ixracı 30 faizdən çox artıb.

Teleqraf.com xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" səhifəsində bildirib.

"İqtisadiyyatın şaxələndirilməsi tədbirləri nəticəsində qeyri-neft məhsullarının ixracındakı müsbət tendensiya davam edir.

Bu ilin yanvar-may aylarında qeyri-neft məhsullarının ixracı əvvəlki ilin müvafiq dövrünə nisbətən 30,9% artaraq 1 mlrd. 188 mln. dollar təşkil edib", - nazir deyib.


Müəllif: Teleqraf.com