24 İyun 2022 11:24
780
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu həftə ərzində 104 Çağrı Mərkəzinə 780-ə yaxın müraciət daxil olub. Əksər müraciətlər “borcu ödəmişəm, qaz təchizatı təmin olunsun” xarakterli olub”.

Teleqraf.com xəbər verir ki, bunu SOCAR “Azəriqaz” İstehsalat Birliyinin 104 Çağrı Mərkəzinin şöbə rəisi Xalidə Şimşək “Açıq qapı” aksiyasında deyib.

Şöbə rəisi təəssüflə qeyd edib ki, daxil olan müraciətlərin məzmunu sərfiyata görə qazın pulunu ödəməyən abonentlərin sayının çox olmasını göstərir: “Abonentlər heç də borcunu tam ödəmir. Məsələn, 300 manat borcu varsa, onun 50 və ya 100 manatını ödəyir və dərhal tələb edir ki, onun qazı bərpa edilsin. Halbuki həmin borc bir ay ərzində olan borc deyil. Bu abonentlərdən çox xahiş edərdim ki, 3-4 aylıq borcu saxlamasınlar, az-az ödəsinlər. Borc ödənəndən sonra qaz təchizatı bir iş günü ərzində bərpa olunur. Bəzən abonent yarım saat əvvəl borcu ödəyib zəng vurub qaz təchizatının açılmasını tələb edir”.


Müəllif: Yeganə Oqtayqızı