29 İyun 2022 14:30
711
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya-Ukrayna müharibəsi nəticəsində yaranmış qlobal ərzaq təhlükəsizliyi problemlərini nəzərə alaraq, 2022-ci il iyulun 4-dən 2023-cü il iyulun 1-dək Gürcüstandan buğda və arpa ixracına qadağa qoyulub.

Teleqraf.com xəbər verir ki, müvafiq qərarı Gürcüstanın baş naziri İrakli Qaribaşvili imzalayıb.

Bu qərar Rusiyanın Ukraynaya qarşı apardığı müharibə nəticəsində yaranan ərzaq təhlükəsizliyi problemləri ilə bağlıdır.

İxrac qadağası 1 ili əhatə edəcək.


Müəllif: Yeganə Oqtayqızı