4 İyul 2022 18:09
624
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın ən varlıları siyahısının ilk 500-lüyünə başçılıq edən adamları keçən ildən bəri ümumilikdə 1,4 trilyon dollar itiriblər.

Teleqraf.com “Blomberg” Milyarder İndeksinə istinadla xəbər verir ki, ən çox sərvət itirən ad “Facebook”, “Instagram” və “WhatsApp” kimi şirkətlərin daxil olduğu “Meta” şirkətinin sahibi Mark Zukerberq olub.

Zukerberq ötən illə müqayisədə sərvətinin yarısını itirib.

"Tesla" şirkətinin rəhbəri İlon Mask 62 milyard dollar sərvət itirib. Bununla belə, Mask 208,5 milyard dollarla dünyanın ən varlı adamı olaraq qalıb.

"Amazon"un qurucusu Ceff Bezos sərvətinin təxminən 63 milyard dollarını itirib. Daha əvvəl açıqlanan məlumatlara görə, bu il “Amazon.com”, “dot.com” köpüyündən sonra ən böyük enişi qeydə alınıb. Lakin buna baxmayaraq, ən varlılar siyahısında ikinci yeri 129,6 milyard dollarla Ceff Bezos tutub.

Yenilənmiş Milyarder İndeksinə görə, Fransanın ən varlı iş adamı Bernar Arnon 128,7 milyard dollarla ən varlılar siyahısında 3-cü, “Microsoft”un qurucusu Bill Qeyts isə 114,8 milyard dollarla 4-cü yerdə qərarlaşıb.


Müəllif: Yeganə Oqtayqızı