4 İyul 2022 13:27
854
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın investisiya bankı “Goldman Sachs” ardıcıl üç həftədə enişini davam etdirən dəmir filizi üzrə qiymət proqnozunu yenidən nəzərdən keçirib.

Teleqraf.com xəbər verir ki, bank ilin son 6 ayı üçün qiymət proqnozunu təxminən 15 faiz azaldaraq bir ton üçün 100 dollara endirib.

Qurum bazarda artıq təklif və Çin iqtisadiyyatının karantinlərdən sonra açılmağa başlaması ilə 3 aylıq qiymət proqnozunun 90 dollar olduğunu açıqlayıb.

İlin ikinci yarısında qurum Çində tələbatın azalması səbəbindən tədarükün 35 milyon tondan artıq olacağı qənaətindədir.

Qeyd edək ki, bu gün Sinqapurda ticarət olunan dəmir filizi yerli vaxtla saat 10:57-də 4,6 faiz azalaraq 109,35 dollara satılıb.


Müəllif: Yeganə Oqtayqızı