4 İyul 2022 17:40
635
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya-Ukrayna müharibəsi səbəbindən enerji təchizatı problemi yaşayan Avropa öz resurslarını şaxələndirmək və anbarlarını doldurmaq qərarına gəlib. Avropada qışın sonunda 28 faiz olan təbii qaz çənlərindəki doluluq nisbəti iyunun sonunda 60 faizə yüksəlib.

Teleqraf.com xəbər verir ki, gələn ilin qış aylarında təbii qazla bağlı problem yaşamaq istəməyən Avropa ölkələri havaların istiləşməsi ilə anbarlarını doldurmağa başlayıb.

Avropanın qaz anbarlarının doluluq nisbəti fevralda 28 faiz, martda 26 faiz, apreldə 33 faiz, mayda 47 faiz, iyunun sonunda isə 60 faiz olub.

Qeyd edək ki, Avropa İttifaqı (Aİ) qurumları mayın 19-da üzv ölkələrdəki yeraltı təbii qaz çənlərinin gələn qışa qədər ən azı 80 faizinin doldurulmasını məcburi edəcək qanunvericiliklə bağlı konsensusa nail olublar.

Portuqaliya bütün təbii qaz çənlərini dolduran yeganə ölkə olub. Təbii qaz istehlakı yüksək olan ölkələrdən biri olan Almaniya anbarlarının 62 faizini doldurub.

Polşanın anbarlarında doluluq nisbəti 97 faiz, Böyük Britaniyada isə 94 faiz təşkil edib.


Müəllif: Yeganə Oqtayqızı