4 İyul 2022 21:38
975
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda ölkədə hər hansı yanacaq növünün satışı ilə bağlı problem yoxdur.

Teleqraf.com xəbər verir ki, bunu "SOCAR PETROLEUM" QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli deyib.

"Bildiririk ki, hazırda ölkədə hər hansı yanacaq növünün satışı ilə bağlı problem yoxdur. Bütün yanacaq növlərinin satışı adi qaydada həyata keçirilir", - deyə Ü.Həbibbəyli qeyd edib.

Qeyd edək ki, bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə ölkədə müxtəlif növ yanacağın satışında problemlərin yaranması ilə bağlı məlumatlar yayılıb.


Müəllif: Mənbə/Trend