6 İyul 2022 17:00
623
12 Punto 14 Punto 16 Punto 18 Punto

SOCAR “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev Naftalan şəhərində Şərqi Zəngəzurun qaz kəmərlərinin inventarlaşdırılma prosesində əməyi olan Birlik əməkdaşları ilə görüş keçirib.

Bu barədə Teleqraf.com-a İstehsalat Birliyindən məlumat verilib.

Baş direktor gərgin, məsuliyyətli və şərəfli işlərində İstehsalat Birliyinin işçi heyətinə uğurlar arzu edib və onları mükafatlandırıb. Qurum rəhbəri bildirib ki, Birliyin fəaliyyəti işğaldan azad edilən ərazilərdə aparılan yüksək səviyyəli quruculuq işlərinə adekvat olmalıdır. Qeyd edək ki, mükafatlandırılanlar arasında Naftalan şəhəri xidmət sahəsinin əməkdaşları da olub.


Müəllif: Yeganə Oqtayqızı