6 İyul 2022 00:56
522
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun başçılıq etdiyi nümayəndə heyəti Aşqabadda Türkmənistanın xarici işlər naziri Rəşid Meredov ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkmənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, tərəflər enerji sektorunda əməkdaşlıq məsələlərini müzakirə edib.

“Energetika sahəsində ikitərəfli əməkdaşlığın qurulmasının, enerji daşıyıcılarının beynəlxalq bazarlara çatdırılması sxemlərinin şaxələndirilməsinin vacibliyi vurğulanıb”, - deyə nazirlikdən bildirilib.

Bildirilib ki, Türkmənistan-Azərbaycan enerji əməkdaşlığında əlamətdar hadisə 2021-ci ilin yanvarında “Azərbaycan Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimlənilməsi haqqında” Anlaşma Memorandumunun imzalanması olub.


Müəllif: Teleqraf.com