7 İyul 2022 17:36
1 024
12 Punto 14 Punto 16 Punto 18 Punto

İslam aləmində ən müqəddəs bayramlardan biri, bizim üçün özəl olan Qurban bayramında evinizə şadlıq gətirəcək təkliflər "İrşad"da. Əşyalarını uzun müddətdir yeniləməyi planlayan hər kəsə uyğun iyulun 17-dək təkliflər və endirimlər var.

Evinizin havasını hər zaman sərin saxlamaq üçün "Aux" brendinə məxsus 30-35 m² otaq üçün nəzərdə tutulan kondisioneri nağd və taksit kartları ilə alışda 200 manat endirimlə ala bilərsiniz. Bu və digər kondisionerlər həmçinin komissiyasız, faizsiz, ilkin ödənişsiz 18 aya hissəli ödənişlə də təklif edilir. Sizə əziyyət vermədən özü təmizlik edən "Kyvol" robot tozsoranına isə nağd alışda 120 manat endirim var.

Bundan əlavə paltaryuyanlara 720 manatadək, soyuduculara 1 373 manatadək, televizorlara, böyük və kiçik məişət əşyalarına, aksesuarlara endirimlər təklif olunur. Sevdiklərinizin səsini eşitmək və onları təbrik etmək üçün isə "Honor" brendinin yeni X seriya smartfonlarını 12 aya faizsiz, ilkin ödənişsiz ayda cəmi 38,33 manatdan başlayaraq ödəniş etməklə sahib olursunuz. Müştərilərə həmçinin endirimli qiyməti 24 ayadək bölmə imkanı da var. Belə ki, taksit kartları ilə alış edən hər kəs endirim olunan məhsulun qiymətini 24 ayadək bölə bilər. www.irshad.az saytından istənilən bankın "VİSA" kartı ilə nağd alış etdiyiniz zaman isə əlavə olaraq 5 % endirim də qazanırsınız.

Bayrama uyğun kampaniyadan faydalanaraq bütün növ məişət texnikasını, televizorlar ilkin ödənişsiz, faizsiz və komissiyasız 18 aya ödənişlə, smartfon, aksesuar, noutbukları isə ilkin ödənişsiz, faizsiz 12 aya ödənişlə əldə edə bilərsiniz. Kampaniya "İrşad"ın ölkə üzrə fəaliyyət göstərən 42 mağazasında iyulun 17-dək keçərlidir.


Müəllif: Teleqraf.com