2 Dekabr 2014 15:15
577
12 Punto 14 Punto 16 Punto 18 Punto

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev 2-5 dekabr tarixlərində Bakıda keçirilən “Bakutel 2014” Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgi-konfransında iştirak etmək üçün ölkəmizdə səfərdə olan İran İslam Respublikasının Rabitə və İnformasiya Texnologiyaları naziri Mahmud Vaezi ilə görüşüb.

Teleqraf.com-un məlumatına görə, görüşdə ölkələr arasında iqtisadi əlaqələrin mövcud vəziyyəti, görülən işlər, eləcə də əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib.

Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev iki ölkə arasında siyasi, iqtisadi və humanitar əlaqələrin yüksələn xətlə inkişaf etdiyini, son zamanlar rəsmi şəxslərin və iş adamlarının qarşılıqlı səfərlərinin artdığını qeyd etmiş, Mahmud Vaezinin ölkəmizə növbəti səfərindən məmnunluğunu ifadə etmişdir. Görüşdə belə səfərlərin və keçirilən görüşlərin Azərbaycan-İran əlaqələrinin inkişafında əhəmiyyəti vurğulanıb.

İran İslam Respublikasının Rabitə və İnformasiya Texnologiyaları naziri, Dövlət Komissiyasının həmsədri Mahmud Vaezi ölkələrimiz arasında əlaqələrin genişləndiyini, əməkdaşlığın daha da inkişafı üçün böyük potensialın olduğunu qeyd edib.

Görüşdə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının bu ilin avqustunda Bakıda keçirilmiş 9-cu iclasında əldə edilmiş razılığa uyğun olaraq, görülən işlərin gedişi barədə fikir mübadiləsi aparılmış, bir sıra sahələrdə ciddi irəliləyişlərə nail olunduğu bildirilib.

Görüşdə həmçinin, iş adamları arasında əlaqələrin genişləndirilməsinə, sənaye, kənd təsərrüfatı, baytarlıq, energetika, alternativ enerji, nəqliyyat sahələrində əməkfaşlığın inkişafına dair müzakirələr aparılıb.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər