8 Avqust 2022 16:28
610
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikanın əczaçılıq şirkəti “Pfizer” dərman istehsalçısı “Global Blood Therapeutics”i 5,4 milyard dollara almaq barədə razılığa gəlib.

Teleqraf.com xəbər verir ki, “Pfizer”in açıqlamasına görə, “Global Blood Therapeutics”a səhm başına 68,50 dollar ödəniləcək.

Bildirilib ki, hər iki şirkətin direktorlar şurası sövdələşməni yekdilliklə təsdiqləyib.

Alqı-satqıdan sonra “Qlobal Blood”un səhmləri ABŞ-da açılışdan əvvəl ticarətdə 4 faiz artıb.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər