Rusiyanın Milli Rifah Fondundakı ehtiyatları 1,4 trilyon rubl artaraq 12,1 trilyon rubla (təxminən 200 milyard dollar) çatıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Maliyyə Nazirliyi açıqlama yayıb.
Bildirilir ki, iyulun 1-dən etibarən ölkənin pensiya sistemini dəstəkləmək üçün fəaliyyət göstərən Milli Rifah Fondunda 10,7 trilyon rubl olub. Fondun həcmi avqustun 1-nə əvvəlki ayla müqayisədə 1,4 trilyon rubl artıb və buna uyğun olaraq ümumi ehtiyatlar 12,1 trilyon rubla yüksəlib.