9 Avqust 2022 18:15
770
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya neftinin Ukrayna üzərindən Avropaya nəqli avqustun 4-dən dayandırılıb.

Teleqraf.com xəbər verir ki, bunu Rusiyanın neft boru kəməri operatoru “Transneft” şirkəti açıqlayıb.

Şirkət Rusiya neftini Ukrayna üzərindən Macarıstan, Slovakiya və Çexiyaya daşıyan “Drujba” xəttinin cənub qolu üçün “Ukrtransnafta” şirkətinə qabaqcadan ödəniş edilməsi lazım olduğunu bildirib.

Çatdırılma xidməti üçün “Ukrtransnafta”ya edilən son qabaqcadan ödənişlərin “Transneft”ə qaytarıldığı bildirilib və Avropa Birliyinin tətbiq etdiyi sanksiyalar səbəbindən ödənişlərin edilə bilməyəcəyi diqqətə çatdırılıb.

Qeyd olunub ki, “Ukrtransnafta” lazımi ödənişləri həyata keçirmədiyi üçün “Transneft”ə daşıma xidmətləri dayandırılıb.

Bildirilib ki, şirkətin “Drujba” xəttinin digər filiallarında daşımalar davam edir, xüsusən Belarus üzərindən Polşa və Almaniyaya daşımalarda heç bir problem yoxdur.


Müəllif: Yeganə Oqtayqızı