17 Avqust 2022 12:12
823
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türk Hava Yolları (THY) 2022-ci ilin birinci yarısında 7,58 milyard dollarlıq dövriyyəyə nail olub, 737 milyon dollar mənfəət əldə edilib.

Teleqraf.com xəbər verir ki, Fransanın “Les Echos” qəzeti THY-nın uğurundan yazıb.

Qəzetdə “Türk Hava Yolları Avropa səmasında böhranın ən böyük qalibi olaraq ortaya çıxdı” başlıqlı yazı dərc olunub. Bildirilir ki, təkcə iyul ayında 7,8 milyon sərnişin daşıyan THY epidemiyadan əvvəlki artım və mənfəət nisbətini tutub.

Qeyd olunub ki, şirkət Avropanın ənənəvi aviaşirkətləri arasında ən gəlirli və 2021-ci ildə qazanc əldə edən ilk beynəlxalq aviaşirkətdir. Avropa səmasında fəaliyyət göstərən ənənəvi hava yolu şirkətləri arasında gündəlik 1506 uçuşla THY ən aktivdir. Onu 1202 uçuşla “Lufthansa” və 1065 uçuşla “Air France” izləyir.

Ucuz səyahət təklif edən “Ryanair” və “Easyjetin” Avropada THY-dən daha çox uçuş həyata keçirib.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər