Güclü tələb səbəbiylə bu il neft tədarükündə sıxıntı ola bilər.
Teleqraf.com xəbər verir ki, bu barədə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) yeni baş katibi Haysam Əl-Qaysın (Haitham Al Ghais) xəbərdarlıq edib.
OPEC baş katibi Çində istehlakın yavaşlaması ilə bağlı narahatlıqlar fonunda bu ay qiymətlərin 16 faiz azalmasının şişirdilmiş olduğunu düşünür: “OPEC və qeyri-OPEC neft istehsalçılarının bazara çıxara biləcəkləri əlavə tədarük həcmləri azalıb. Sürüşkən yolda gedirik. Bu il neft tədarükündə sıxıntı ola bilər”.
Çin iqtisadiyyatının yavaşladığını göstərən əlamətlərlə neftin bir barelinin qiyməti bu il 90 dollar civarına düşüb. İyulda Çində neft istehlakı son iki ilin ən aşağı səviyyəsinə enib.
Haysam Əl-Qaysın bu azalmaya baxmayaraq, bu il qlobal neft tələbinin təxminən 3 milyon barel artacağını gözləyir: “Çin iqtisadiyyatı “sıfır COVID” siyasəti səbəbiylə hələ tam açılmayıb. Çin tam açılanda onun təsiri də böyük olacaq”.