18 Avqust 2022 13:08
1 535
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstanın dövlət neft şirkəti “Kazmunaigaz” (KMG) Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ticarət qolu olan Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə xam neftini satmağı planlaşdırır.

Teleqraf.com xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Qeyd olunur ki, Qazaxıstan müxtəlif ölkələrə satmaq üçün ildə 1,5 milyon ton xam nefti Türkiyənin Aralıq dənizi limanına daşımağı hədəfləyir.

Qazaxıstan neftinin ixracı dünya tədarükünün 1%-dən çoxunu və ya gündə təxminən 1,4 milyon barel təşkil edir. 20 ildə Qazaxıstan nefti Xəzər Boru Kəməri Konsorsiumu (CPC) vasitəsilə Rusiyanın Qara dənizdəki “Novorossiysk” limanına göndərilir.

İyul ayında Rusiya məhkəməsi CPC-ni bağlamaqla hədələyib. Bu da Qazaxıstanı və əsas xarici istehsalçıları Rusiyanın təhdidlərinə qarşı ehtiyat tədbiri olaraq digər satış məntəqələri üçün müqavilələr bağlamağa sövq edib.

Məlumata görə, müqavilənin avqustun sonunda bağlanacağı gözlənilir. Çünki neft axını Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə bir ay sonra – sentyabrda təmin ediləcək.

Bu xəbərdən sonra avqustun 15-də Bakıda Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəflə “Kazmunaigaz”ın İdarə Heyətinin sədri Maqzum Mirzaqaliyev arasında görüş keçirilib. Bildirilib ki, tərəflər ikitərəfli əməkdaşlıq, o cümlədən Transxəzər infrastrukturunun inkişafı sahəsində şirkətlər arasında qarşılıqlı fəaliyyət məsələlərini müzakirə ediblər. Görüşün məqsədi Qazaxıstan neftinin Azərbaycan üzərindən Türkiyənin Aralıq dənizi limanından keçməklə müxtəlif ölkələrə nəqli olduğu müəyyən edilib.

Məlumata görə, Qazaxıstan prezidenti Kasım Cömert Tokayevin avqustun sonuna kimi Bakıya səfəri də planlaşdırılır.


Müəllif: Yeganə Oqtayqızı