24 Avqust 2022 17:35
775
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya İrandan neft satışı üçün arxa qapı kimi istifadə etməyi planlaşdırır.

Teleqraf.com xəbər verir ki, bu iddia ilə ABŞ-ın “Politico” qəzeti çıxış edib.

Bildirilir ki, 2015-ci il nüvə sazişi yenidən qüvvəyə minərsə və İrana qarşı sanksiyalar qaldırılarsa, Rusiya bu ölkədən neft satışı üçün arxa qapı kimi istifadə etməyi planlaşdırır.

Qərb diplomatlarının verdiyi məlumata görə, Rusiyanın ticarət və maliyyə rəsmiləri, o cümlədən “Qazprom” və digər iri şirkətlərin rəhbərləri iyul ayında Tehranda bir sıra görüşlər keçiriblər. Məlumata görə, İran da son həftələrdə enerji və maliyyə məsələləri ilə bağlı Moskvaya iki nümayəndə heyəti göndərib.

Nəşrin iddiasına görə, sanksiyalar aradan qaldırılarsa, İran Rusiyadan Xəzər dənizinin şimal sahilinə xam neft idxal edəcək və daha sonra İran tankerləri ilə Fars körfəzi vasitəsilə idxal etdiyi Rusiya nefti qədər "qara qızıl" ixrac edəcək.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər