Enerji böhranı Rusiya və Ukrayna arasında davam edən müharibə səbəbindən dərinləşir.
Teleqraf.com-un məlumatına görə, Rusiyanın enerji şirkəti “Qazprom”dan Fransanın “Engie” enerji şirkətinə bildirilib ki, bu gündən etibarən tərəflər arasında bəzi müqavilələrin icrası ilə bağlı fikir ayrılıqları və enerji təchizatı ilə ətrafında mövcud narahatlıqlar səbəbindən qaz axını daha da azaldılacaq.
Mövzu ilə bağlı Fransadan verilən açıqlamada deyilir:
“Əvvəllər də bildirildiyi kimi, “Engie” müştəriləri qarşısında öhdəliklərini yerinə yetirmək və ehtiyaclarını ödəmək üçün lazımi həcmdə yanacağı artıq təmin edib. ”Qazprom”un qaz axınının kəsilməsi nəticəsində yarana biləcək maddi və digər problemləri azaltmaq üçün müxtəlif tədbirlər görülür”.
Fransa Baş naziri Elizabet Börn isə şirkətləri enerjiyə qənaət etməyə çağırıb.
Belçikanın energetika naziri Tinne Van der Straetenin də məsələ ilə əlaqədar açıqlaması diqqət çəkib: “Avropada təbii qazın qiymətinə məhdudiyyət qoyulmasa, növbəti 5-10 qış qorxunc keçəcək”.