2 Sentyabr 2022 15:51
1 211
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu gün 30-35 faiz məcburi köçkün abonentlərimiz var ki, onların istifadə etdiyi qaz həcmlərinə görə müəyyən miqdarda borcu yığılıb. Bu borcun silinməsi mümkün deyil, biz bunu abonentlərdən tələb edəcəyik”.

Bunu Teleqraf.com-un sualını cavablayarkən SOCAR “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bu gün keçirilən "Açıq qapı" aksiyası çərçivəsində bildirib.

Baş direktor əvvəllər keçmiş məcburi köçkünlərə yay və qış mövsümünə uyğun xüsusi qaz limitlərinin verildiyini deyib:

“Son iki ildə yay və qış mövsümünə uyğun limit həcmi üçün konkret məbləğ verilir. Yəni dövlət məcburi köçkünlərə müəyyən həcmdə qazı ödənişsiz verirdi. Ancaq məcburi köçkün abonentlərimiz həmin limitdən artıq işlədirdilər. Limit sərfiyyatı keçilmiş həcmin isə ödənişi olunmalıdır. Bu kateqoriyadan olan abonentlərin hamısında belə deyil. Təxminən 60-65 faizi sərf etdiyi qazın həcmini ödəyir”.

Ruslan Əliyev bildirib ki, əvvəllər məcburi köçkünlər üçün nəzərdə tutulan yay və qış mövsümünə uyğun müəyyən edilmiş güzəşt limiti ləğv olunub: “Limitə uyğun olaraq “Azəriqaz” tərəfindən məcburi köçkünlərə adambaşına qış mövsümündə (noyabr, dekabr, yanvar, fevral ayları) 45 kubmetr, dörd ay (mart, aprel, may və oktyabr) üçün 35 kubmetr, yay ayları (iyun, iyul, avqust, sentyabr) üçün isə 25 kubmetr pulsuz qaz verilirdi.

Məcburi köçkün abonenti nəzərdə tutulan limitdən artıq, yəni 150-170 kubmetr qaz sərf edirdi. Bu zaman nəzərdə tutulan qaz limitinin məbləği dövlət tərəfindən, qalan həcmi isə abonent özü ödəməli idi. Bu borc da ödənmədiyi üçün abonentin saldosunda yığılırdı. Ona görə də təxminən 35 faizə yaxın məcburi köçkün abonentində müxtəlif məbləğdə borc yığılıb. Bu kateqoriyadan olan abonentlərimiz var ki, onların 1 000, 100 manat məbləğində borcu var. Fakt odur ki, abonent həmin qazı işlədib”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər