4 Sentyabr 2022 00:05
724
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bolqarıstan rus turistlərdən tələb olunan viza rüsumunu 35 avrodan 80 avroya qaldıracaq.

Teleqraf.com xəbər verir ki, bunu ölkənin turizm naziri İlin Dimitrov açıqlayıb.

Dimitrov rusiyalı turistlərin indiyədək viza ödənişlərində asanlıqla yararlandıqlarını, ancaq bu praktikaya son qoyulacağını bildirib: “Rusların ölkəmizə girişini tamamilə qadağan etmək mümkün deyil, lakin viza rüsumları artırılacaq. Uyğun hesab etmədiyimiz bu qərar əslində Avropa İttifaqından (Aİ) gəlib. Aİ üzvləri olaraq biz buna əməl etməli olacağıq”.

Nazir Rusiyanın 24 fevralda Ukraynanı işğal etməsindən sonra iki ölkə arasında birbaşa uçuşların dayandırıldığını deyib: “Lakin ilin əvvəlindən bəri 60 mindən çox Rusiya vətəndaşı Bolqarıstana səfər edib. Ölkənin Qara dəniz sahilində rusların təxminən 100 minə yaxın mülkü var. Bu turistlər Türkiyə üzərindən girirlər, Bolqarıstana çatmaq üçün ciddi xərclər çəkirlər, amma yenə də gəlirlər.

Hər bir turist Bolqarıstan üçün dəyərlidir. Avqustun sonuna qədər ölkəyə gələn xarici turistlərin sayı 6,1 milyon nəfərə çatıb”.


Müəllif: Yeganə Oqtayqızı