Rusiya-Ukrayna müharibəsinin səbəb olduğu enerji böhranı Avropanı dərindən sarsıtmaqda davam edir. Gündəlik həyatda daha çox ön plana çıxan qənaət tövsiyələrinə bu dəfə makaronu qaz istifadə etmədən bişirməyin yolu da əlavə olunub.
Teleqraf.com xəbər verir ki, makaron bişirmək reseptini fizika üzrə Nobel Mükafatı sahibi professor Giorgio Parisi paylaşıb.
O, qaza qənaət etməklə makaronu necə bişirəcəyini izah edib: “Su qaynayandan sonra içinə makaron tökülür və 2 dəqiqə bişirilir, sonra ocaq söndürülür. Qazanın qapağını bağlı saxlamaqla makaron odsuz bişməyə qoyulur. Makaron üçün ümumi istifadə edilən bişirmə müddəti təxminən 10 dəqiqədir. Bu üsulla 8 dəqiqəlik bişirmə müddətində qaza qənaət ediləcək”.