“Rusiya öz imperiyasını dirçəltmək üçün ilk dəfə deyil ki, cəhd edir. Biz Avropa tarixində bunun nümunələrini görmüşük”.
Teleqraf.com xəbər verir ki, bunu Polşanın müdafiə naziri Mariuş Blaşçak deyib.
Nazir Rusiyanın “Şimal axını 1” boru kəməri ilə Avropaya təbii qaz axınını dayandırmasını rus imperiyasının dirçəltmək cəhdi olduğunu bildirib:
“Avropa Rusiyanın təzyiqinə boyun əymədən enerji mənbələrini şaxələndirməlidir. Almaniya enerji baxımından Rusiyadan çox asılıdır. Rusiya ordusunun güclənməsində Almaniyanın da payı var. Rusiya prezidenti Vladimir Putin enerjidən gələn pullarla ordusunu gücləndirib”.