13 Sentyabr 2022 13:46
490
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın investisiya bankı “Morgan Stanley” və İsveçrənin investisiya bankı “UBS Group AG” proqnozların pisləşməsi fonunda neftin qısamüddətli qiymət proqnozlarını azaldıblar.

Teleqraf.com xəbər verir ki, “Morgan Stanley” üçüncü rüb üçün Brent markalı neftin qiymət proqnozunu 12 dollar azaldaraq 98 dollara, tələbin kəskin azalması gözləntisi ilə, dördüncü rüb üçün isə 100 dollardan 95 dollara endirib.

Bankın analitikləri Rusiyanın neft ixracında azalmanın davam edəcəyini proqnozlaşdırıblar.

“UBS Group AG” isə Çindəki karantinlər səbəbindən Brent markalı neft proqnozunu 15 dollar azaldaraq 110 dollara endirib.

Analitiklər Çindəki karantinlərin yaxın müddətdə tələbi yavaşladacağını bildirib. Rusiyanın ixracatının gözləniləndən daha dayanıqlı olduğu, İtaliya kimi bəzi ölkələrə neft axınının yüksək həcmdə olduğu vurğulanıb.

“UBS Group AG” proqnozuna görə, Brent markalı neft 2023-cü ilin sentyabrında 125 dollar/barel səviyyəsinə qalxa bilər.

“Goldman Sachs” isə 2023-cü il üçün qiymət proqnozunu Rusiyadan neft ixracı üçün tavan qiymət təyin etməklə 125 dollara yüksəldib.


Müəllif: Yeganə Oqtayqızı