Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasında mühasibatlıq işçilərinin və bu tibb müəssisəsində çalışmayan şəxslərin plastik kart hesablarına əsassız vəsaitlərin köçürülməsi, tibb işçilərinin tarif dərəcələrinin düzgün müəyyən olunmaması nəticəsində artıq əməkhaqqı, habelə əməkhaqqına qeyri-qanuni əlavələrin edilməsi kimi hallar müəyyən edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, hərbi xidmət dövründə xəsarət alan hərbi qulluqçulara sığorta ödənişi üçün verilmiş arayışların bir qisminin sənədləşmələrində qanunvericiliyin tələblərinin pozulması halları da aşkarlanıb.
Artıq ödənişlərin bərpası və təqsirkar şəxslər barəsində müvafiq tədbirlər görülməsi məqsədi ilə yoxlama materialları Dövlət Təhlükəsizliyi Xidmətinə göndərilib.