Tələb və təklif ilə bağlı bir sıra amillər neftin qiymətinin artmasına səbəb olub.
Teleqraf.com xəbər verir ki, “Brent” markalı neftin noyabr fyuçersləri 0,58 % bahalaşaraq 91,88 ABŞ dollarına satılıb. WTI neftinin noyabr fyuçerslərinin qiyməti isə 0,4 % artaraq 1 bareli 85,06 ABŞ dolları təşkil edib.
Neftin əsas idxalçısı olan Çində koronavirusla bağlı məhdudiyyətlərin yumşaldılması neftə olan tələbə müsbət təsir edir.
Digər tərəfdən, investorlar Avropa İttifaqının (Aİ) Rusiyadan neft və neft məhsullarına gözlənilən embarqosu fonunda “qara qızıl”ın təklif perspektivlərinin azalmasını qiymətləndirməkdə davam edirlər.