22 Sentyabr 2022 13:15
812
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əlcəzair ilin sonuna qədər İtaliyaya təbii qaz tədarükünü 25 milyard kubmetrə çatdırmağı planlaşdırır.

Teleqraf.com xəbər verir ki, bunu Əlcəzairin Energetika Nazirliyi açıqlayıb.

Məlumata görə, ilin sonuna qədər Əlcəzair İtaliyaya əlavə 10 milyard kubmetr təbii qaz göndərəcək.

Əlcəzairin bu günə qədər 17,8 milyard kubmetr qaz tədarük edərək İtaliyaya olan öhdəliklərini yerinə yetirib və ilk qaz tədarükçüsü mövqeyini möhkəmləndirib.


Müəllif: Yeganə Oqtayqızı