23 Sentyabr 2022 12:42
926
12 Punto 14 Punto 16 Punto 18 Punto

“2022-ci ilin yanvar-avqust aylarında qeyri-neft-qaz sektorunda əsas kapitala yönəldilmiş vəsaitlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,5% artıb”.

Teleqraf.com xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter" hesabında yazıb.

Onun sözlərinə görə, bu, iqtisadi artımın davamlı olması və işgüzar fəallıq üçün mühüm göstəricidir.

“Bu göstərici 2021-ci ilin yanvar-avqust aylarında 2020-сi ilin eyni dövrünə nisbətən 11,3% aşağı idi”, nazir qeyd edib.


Müəllif: Yeganə Oqtayqızı