30 Sentyabr 2022 12:29
1 148
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türk Axını” təbii qaz boru kəmərinin operatoru “South Stream Transport BV” şirkəti Avropa İttifaqının (Aİ) sanksiyaları səbəbindən ixrac lisenziyasının ləğv edildiyini açıqlayıb.

Teleqraf.com “South Stream Transport BV” şirkətinə istinadən xəbər verir ki, Aİ 2022-ci il ərzində Rusiyaya məhsul, texnologiya və xidmət tədarükünə qarşı sanksiyalar tətbiq edib.

Şirkət Aİ-nin sentyabrın 18-də yeni sanksiya tətbiq etdiyini xatırladıb: “Bu sanksiya Qara dəniz vasitəsilə Türkiyə və Avropadakı istehlakçılara qaz çatdıran “Türk Axını” dəniz boru kəmərinin operatoru “Stream Transport BV”nin ixrac lisenziyasının vaxtından əvvəl ləğv edilməsinə səbəb olub.

Sanksiyalar şirkətin təbii qaz nəqlini məhdudlaşdırmır. Bu səbəbdən Türkiyə və Avropa ölkələrində müxtəlif sektorlara və milyonlarla evə təbii qaz təchizatı qısa və uzunmüddətli perspektivdə təsir etməyəcək. Şirkət ixrac lisenziyasının yenilənməsi üçün lazımi müraciətləri edib”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər