1 Oktyabr 2022 12:17
1 255
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya Bankı Ukraynaya əlavə 530 milyon dollar yardım edəcəyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Bank yardımı müharibənin yaratdığı təcili ehtiyacları ödəmək məqsədilə ayırıb.

Dünya Bankı bu günə qədər Ukraynaya təcili maliyyə yardımı üçün təxminən 13 milyard dollar ayırıb.

Bankdan verilən açıqlamada Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının (IBRD) maliyyələşdirilməsinin Böyük Britaniya (500 milyon dollar) və Danimarka (30 milyon dollar) tərəfindən verilən kredit zəmanətləri ilə dəstəkləndiyi qeyd edilib.

“Maliyyə dəstəyi Ukraynaya əsas dövlət xidmətlərini davam etdirməyə imkan verir və müharibənin səbəb olduğu insan və iqtisadi itkilərin təsirlərini yumşaltmağa kömək edir”, - bankın bəyanatında deyilir.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər