1 Oktyabr 2022 16:02
1 434
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran-Türkiyə Təbii Qaz Boru Kəmərində qaz axını oktyabrın 2-dən 9-dək dayandırılacaq.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin boru nəqletmə operatoru olan BOTAŞ şirkəti açıqlayıb.

Şirkət məhdudiyyətin planlaşdırılmış təmir işləri ilə əlaqədar olduğunu bildirir: “İran-Türkiyə Təbii Qaz Boru Kəmərində 2-9 oktyabr tarixləri arasında aparılacaq planlı təmir işləri ilə əlaqədar olaraq, 8 gün ərzində Gürbulak giriş nöqtəsindən nəql şəbəkəmizə təbii qaz verilməyəcək. Planlaşdırılan cari təmir zamanı elektrik verilişi şəbəkəsində tələb-təklif balansında problem müşahidə olunmayacaq".


Müəllif: Yeganə Oqtayqızı