9 Dekabr 2014 16:55
693
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin yanvar-noyabr aylarında Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 6 milyard 645 milyon 692 min manat olub. Nazirliyin Analitik-informasiya şöbəsindən

Teleqraf.com-a verilən xəbərə görə, bu məbləğin 33,4 faizi mənfəət vergisinin, 27,5 faizi əlavə dəyər vergisinin, 13,2 faizi fiziki şəxslərin gəlir vergisinin, 10,6 faizi aksizlərin, 15,3 faizi isə digər vergilərin payına düşür.

Qeyri-neft-qaz sektoru üzrə büdcəyə 3 milyard 899 milyon 924,7 min manat vəsait daxil olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,4 faiz çoxdur.

Yanvar-noyabr aylarında respublika üzrə 75 min 988, yəni ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,9 faiz çox vergi ödəyicisi qeydiyyata alınıb. 1 dekabr 2014-cü il tarixə qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 71288 vergi ödəyicisi çox, yəni 604381 olub.

2014-cü ilin yanvar-noyabr ayları ərzində respublika üzrə elektron formada göndərilmiş bəyannamələrin xüsusi çəkisi 90,3 faiz təşkil edib.

Naibə QURBANOVA


Müəllif: