Bakıda “Caspian European Club” çərçivəsində biznes-forum keçirilib.
Tədbirdə çıxış edən maliyyə naziri Samir Şərifov Azərbaycanda biznesin və özəl sektorun inkişafı üçün yaradılan şərait haqqında danışıb. Nazir bildirib ki, Azərbaycanda 10 il ərzində buraxılan dövlət istiqrazları bazarda böyük maraqla qarşılanıb: “Hazırda dünyada neftin qiymətlərinin aşağı düşməsi fonunda qiymətli kağızların sabit saxlanlması, bazara təsir edib. Özəl sektor üçün yaradılan şərait də bu fonda uğurla qorunub saxlanılıb. Belə ki, həmin sektor öz istiqrazlarının buraxılmasnı tam gücləri ilə təmin edə bilərlər”.
Sığorta sektoru barədə danışan nazir deyib ki, Dövlət Sığorta Agentliyi bu sahəyə ciddi nəzarət edir: “Bu sahədə ciddi irəliləyişlər nəzərə çarpmaqdadır. Bazarın həcmi də xeyli artıb. Bundan başqa sığorta sektorunda bəzi dəyişikliklər baş verib. Ola bilsin ki, 4-5 şirkət istisna olmaqla, bazarda normal və güclü sığorta şirktləri qanun çərçivəsində fəaliyyət göstərməkdədir. Bu gün bazara yeni qaydaların təqdim edilməsi ilə məşul oluruq. Əsasən də icbari sığortanı bazara tətbiq etməklə məşğulluq və bununla bağlı mühüm irəliləyişlər baş verib. Prinsip etibarı ilə Azərbaycan iqtisadiyyatı inkişaf etməkdədir və müsbət nəticələr əldə olunacaq. Neftin qiymətləri kəskin azaldığından növbəti illər üçün yeni çağırışlar yaranıb”.
Naibə QURBANOVA