2 Noyabr 2022 15:42
1 143
12 Punto 14 Punto 16 Punto 18 Punto

Özəl sektora dövlət dəstəyi çərçivəsində İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sahibkarlığın İnkişafı Fondu tərəfindən 2020-ci ilin iyun ayından bu ilin 1 oktyabrınadək dövlət zəmanətli kredit və subsidiya dəstəyi çərçivəsində pandemiyadan zərər çəkmiş sahibkarlara 291,8 milyon manat həcmində zəmanət verilib.

Teleqraf.com xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün tviter hesabında yazıb.

"Pandemiyadan zərər çəkmiş sahibkarlara kredit tələbatı 499,8 milyon manat olan 2 630 müraciətinə 291,8 milyon manat həcmində zəmanət verilib. Bu kreditlərin illik faiz dərəcəsinin 50 %-nin subsidiyalaşdırılması məqsədilə sahibkarlara 36,2 milyon manat vəsait ödənilib” - nazir bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər