17 Noyabr 2022 01:14
878
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarşıdakı aylarda neftin qiyməti 120 dollar civarına yüksələ bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə “Energy Aspects” şirkətinin eksperti Livia Qallarati deyib.

Bildirək ki, ən qısamüddətli risklər arasında Avropa İttifaqının dekabrın 5-də Rusiya xam neftinin dəniz yolu ilə idxalını qadağan edəcək sanksiyaları var.

Ekspert Avropanın ən böyük enerji təchizatçısı tərəfindən tədarükün kəskin şəkildə azalmasının neft qiymətlərində sıçrayış yarada biləcəyini və dizel kimi neft məhsullarına qarşı növbəti Aİ sanksiyalarının qüvvəyə mindiyi fevral ayında qiymətlərin yeni təzyiqlə üzləşəcəyini vurğulayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər