2 Dekabr 2022 16:47
566
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qərb ölkələrinin Rusiya neftinə tətbiq etdiyi sanksiyalar dekabr ayı üçün neft daşımalarına təsir etməyəcək”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksandr Novak deyib.

Novak dekabrdan sonrakı dövr üçün qeyri-müəyyənliklərin olduğuna diqqət çəkib: “Dekabr ayı tədarük razılaşmaları və müqavilələri oktyabr və noyabrın əvvəlində edildi. Ona görə də bu ay neft daşınmalarında dəyişiklik gözləmirik. Müqavilələr yerinə yetirilir.

Yanvar ayı üçün müqavilə danışıqları davam edir. Bazarda çox qeyri-müəyyənlik var, lakin neftimizə qlobal tələbat var və biz tələbatın davam edəcəyinə inanırıq”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər