4 Dekabr 2022 21:13
554
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikanın elektrik avtomobil istehsalçısı olan "Tesla" park işıqları ilə bağlı problemlərə görə 435 mindən çox Model 3 və Model Y avtomobilini Çin bazarından geri çağıracaq.

Teleqraf.com xəbər verir ki, bu barədə bazar günü "Xinhua" agentliyi məlumat yayıb.

Məlumata əsasən, proqram xətası səbəbindən avtomobilləri işə salarkən elektrik avtomobillərin hər iki və ya bir tərəfindəki arxa park işıqlar işləməyə bilər. Bu, zəif görmə şəraitində toqquşma riskini artırır.

Geri çağırılmaya 2020-ci ilin dekabrından 2022-ci ilin noyabrına qədər istehsal olunmuş 142 min Model 3 və 2021-ci ilin yanvarından 2022-ci ilin noyabrına qədər istehsal xəttindən çıxarılan təxminən 293 min Model Y daxildir. "Tesla" problemi həll etmək üçün proqram yeniləməsini buraxacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər