12 Dekabr 2022 23:43
825
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin cənub-şərqində yerləşən Şirnak vilayətində ehtiyatı 150 milyon barel olan neft yatağı aşkar edilib.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“Biz Qabar dağının ətrafında 150 milyon barel xalis neft ehtiyatı aşkar etmişik. Bu, 2022-ci ildə aşkar edilən 10 ən böyük quru yatağından biridir. Ehtiyatların dəyəri təxminən 12 milyard dollardır”, - o vurğulayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər